SON XƏBƏR

Küveyt 29 il sonra vətəndaşlarının sümüklərini İraqdan geri qaytarıb

Avqust 09
10:01 2019
Küveyt rəhbərliyi 29 il əvvəl bu ölkənin İraq tərəfindən işğalı zamanı itkin düşən vətəndaşlarına aid sümüklərin geri qaytarıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Küveytin rəsmi xəbər agentliyi KUNA 29 il əvvəl yoxa çıxan küveytlilərin sümüklərinin Abdali sərhəd keçid məntəqəsində İraq səlahiyyətlilərindən geri alındığını bildirib. Küveyt Xarici İşlər Nazirliyinin rəsmisi Rabii əl-Adsani ölkəsinin bir müddət əvvəl sümüklərin geri qaytarılması ilə bağlı tələbini İraq rəhbərliyinə çatdırdığını bildirib. Lakin o, neçə insanın sümüklərinin geri qaytarılması barədə məlumat verməyib. İraq rəhbərliyi daha əvvəl 32 nəfərin sümüyünü şəxsiyyətini müəyyənləşdirmək üçün Küveyt hakimiyyətinə təhvil vermişdi.

Qeyd edək ki, Küveyt tərəfi 1990-1991-ci illərdə 320 vətəndaşının itkin düşdüyünü bildirir. İraq rəhbərliyi isə eyni dövrdə 5 min iraqlının yoxa çıxdığını açıqlayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook