“KXDR Koreya Respublikasını işğal etməyə hazırdır” - Kim Çen In
Fevral 09
09:31
2024
Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya Respublikasını özünün daimi əsas düşməni hesab edir və təhlükəsizliyini tələb edən fövqəladə hallar baş verərsə, onun ərazisini işğal etməyə hazırdır.
"Bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanması və qarşıdurma tarixi ilə bağlı nəticələrə yekun vurub. Cənubi koreyalı marionetlərin ölkəmizin ən zərərli və dəyişməz əsas düşməni kimi müəyyən edilməsi və fövqəladə hallarda ərazilərinin işğalına milli siyasət kimi qərar verilməsi ölkəmizin gələcəkdə əbədi təhlükəsizliyi, sülh və sabitliyi üçün ağlabatan tədbirdir”, - deyə, o bildirib.