KXDR lideri Trampı təkbətək görüşə dəvət edib
Mart 09
12:55
2018
Şimali Koreya ilə danışıqlardan sonra Vaşinqtona gedən Cənubi Koreyanın nümayəndə heyəti KXDR lideri Kim Çen Inın məktubunu ABŞ prezidenti Donald Trampa çatdırıblar.
"Report" xəbər verir ki, bu barədə "CNN" telekanalı xarici diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Cənubi Koreyanın nümayəndə heyəti Şimali Koreya lideri Kim Çen Inın məktubunu prezident Tarmpa təqdim ediblər", - deyə telekanal bildirib. Qeyd edək ki, Cənubi Koreya və ABŞ nümayəndələri bügünkü görüşlə bağlı rəsmi bəyanat yayacaqlar.
"Fox News" isə ABŞ-ın yüksək vəzifəli şəxsinə istinadən bildirib ki, Kim Çen In Trampa təkbətək görüş təklif edib. Yüksək vəzifəli məmura istinadən yayılan məlumata görə, Cənubi Koreya nümayəndələri Kim Çen Inın ABŞ prezidenti Donald Trampı görüşə dəvət edəcəyini elan edəcəklər.