SON XƏBƏR

ÇL: İkinci finalçı “Real” oldu

May 04
23:59 2016
Bu gün Çempionlar Liqasında digər finalçının adı bəlli olub. Yarımfinal mərhələsinin cavab oyununda "Real” (Madrid) "Mançester Siti”ni qəbul edib. Mançesterdə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların şansı bərabər qiymətləndirilirdi. Oyun meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatdı. Beləliklə Milanda baş tutacaq finalda iki Madrid klubu – "Real” və "Atletiko” üz-üzə gələcək.
 
"Real” (Madrid, İspaniya) – "Mançester Siti” (İngiltərə) – 1:0
 
Qol: Fernando, 20-avtoqol (1:0)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook