Laçın” musiqi ansamblının rəhbərini bıçaqlayan şəxs: "9000 verdim ki..."
Fevral 02
16:49
2023
Ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən "Altun saray” şadlıq evində məşhur tamada, "Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin məhkəməsi keçirilib.
Qlobal.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, musiqiçiyə 2 bıçaq zərbəsi endirən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı M.Hüseynov Mikayıl Əliyev küçəsində yerləşən şadlıq evinə gedərək orada ofisiant işləyən qardaşı oğlanlarını evə aparmaq üçün ora gəlib. O, foyedə oturaraq toyun başa çatmasını gözləyib və bu zaman Natiq Dağlaroğlunun onun ofisiant işləyən qardaşı oğlu Yadigarın üstünə qışqıraraq təhqir etdiyini görüb.
Məhkəmədə Məmməd Hüseynov törətdiyi əməli etiraf edib və Natiq Dağlaroğlu ilə yanaşı, onun oğlu Məhəmmədin də onun üzərinə gəldiyini bildirib. O, hadisənin həmin zaman baş verdiyini deyib. O, həmçinin bildirib ki, bıçaqlanmadan sonra qaçıb və xəstəxanaya aparılan Natiq Dağlaroğlunu taparaq ona şikayətçi olmaması üçün 9 min manat verib. Lakin N.Dağlaroğlu pulu alsa da, şikayətini geri götürməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda N.Dağlaroğlu artıq Məmmədlə barışdığını, ondan şikayətçi olmadığını deyib. Tanınmış tamada həmçinin hadisənin ofisianta kobud söz deməsinə görə baş verməsini də etiraf edib: "1 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində restorana toyu aparmağa getmişdik. Restorana daxil olduqda mənimlə birlikdə gələn "Laçın” ansamblı üçün ayrılmış stola yaxınlaşaraq ofisiantı çağırıb ondan restoranın administratorunu çağırmağı xahiş etdim. Administratordan stola yemək gətirməyi tapşırmağını xahiş etmək istəyirdim, lakin o gəlmədi. Biz də toy sahibinə zəng edib şikayət etdik. Daha sonra digər administrator yaxınlaşaraq məndən kobud şəkildə toy sahibinə nə üçün zəng etdiyimi soruşdu. Yemək verilmədiyi üçün bəyin qardaşına zəng etdiyimi bildirərək masalardakı boşqabların yığışdırılmasını istədim. Sonra toy mərasimi başladı və 6 saat davam etdi. Toydan sonra bizim zəhmət haqqımızı verdilər və bundan sonra toyda mənə xidmət göstərmiş ofisianta və digər xidmət göstərmiş şəxsə bəxşiş olaraq 20 manat pul vermək üçün zala daxil olmaq istədikdə sonradan adının Yadigar olduğunu bildiyim şəxs məni qarşıladı və söhbət etməyə başladı. Onun danışıqları məndə pis təəssürat yaratdığından onunla aqressiv danışmağa başladım, təhqir etdim. Sonradan adının Məmməd olduğunu bildiyim şəxs bu sözləri eşitdikdə bizə tərəf yaxınlaşaraq mənə uşaqla niyə bu cür danışmağımın səbəbini soruşdu. Ondan kim olduğunu soruşduqda, həmin şəxs uşağın əmisi olduğunu dedi və ona "get, işinlə məşğul ol” deyə bildirdim”.
Bundan sonra tərəflər arasında dava-dalaş yaranıb. Atası Natiq Dağlaroğlunu şadlıq evindən götürməyə gələn oğlu Məhəmməd də davaya qarışıb və o da xəsarətlər alıb.
Bakı Ağır Cinaytlər Məhkəməsinin 31 yanvar tarixli hökmü ilə N.Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynova 3 il müddətinə həbs cəzası verilib.