SON XƏBƏR

Laçın sərhəd-keçid məntəqəsi atəşə tutuldu - Bayrağımızı qaldıran hərbçimiz yaralandı

İyun 15
10:06 2023
Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.

Qaynarinfo "Caliber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.

Bildirilib ki, yaralanan sərhədçinin vəziyyəti stabildir, ona ilkin tibbi yardım göstərilib.

Məlumata görə, təxribat bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib.

Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook