SON XƏBƏR

Larri Kudlou: "ABŞ iqtisadiyyatı çiçəklənir!"

Avqust 17
11:52 2018
Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatının çiçəkləndiyini bildirib. Ağ Evdə müxabirlərlə görüşən Kudlou deyib ki, bura bu gün dünyanın iqtisadi mühitinin ən qaynar nöqtəsidir.

"Prezident Tramp biznes mühitini tamamilə dəyişib. Məhz buna görə iqtisadiyyatımız çiçəklənir. Mənim mesajım çox sadədir-heç kimin təsəvvür edə bilməyəcəyi iqtisadi artım ilin ən böyük siyasi məsələsidir. Biz artırıq. 6 ay ərzində 3 faiz, ikinci kvartalda 4 faiz artım" , müşavir bildirib.

Tramp 17 aylıq prezidentlik dövründə vergiləri ixtisar edib və hökumətin qaydalarını dəyişib.

Kudlou artımın davamlı olacağını proqnozlaşdırıb. O, iş yerlərinin artdığını, biznes və istehlakçı etibarının yüksək olduğunu vurğulayıb.

Prezidentin tarif siyasətini müdafiə edən müşavir bildirib ki, insanlar buna görə Trampı tənqid edir, lakin bu, ağılsızlıqdır. O deyib ki, Çin böyük bir səbəbkardır., lakin yeganə səbəbkar deyil.

Kudlou Dünya Ticarət Təşkilatının işləmədiyini deyib. O bildirib ki, tarif və qeyri-tarif baryerləri qaldırıldı.

"Bu yolla 20 ildən artıqdır ki, qaydalar pozulurdu. Prezident inanır ki, bu, amerikalı işçilər və fermerlərin, habelə bütöv iqtisadiyyatın marağına xidmət edir. Biz mövcud proteksionizmin bütün yollarını bağladıq" - deyə, Kudlou əlavə edib ("Amerikanın səsi").



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook