Las-Veqasda kütləvi qırğın törədən şəxsin evindən NƏLƏR ÇIXDI?
Oktyabr 03
10:35
2017
Las Veqas şerifi Cozef Lombardonun mətbuat konfransında hadisələrlə bağlı çıxışı zamanı qeyd etdiyi nüanslar dünya mediasını şoka salıb: "Cinayətkarın evindən 40-çox silah-sursat tapılıb."
Publika.az xəbər verir ki, "Mandalay Bay” otel-kazino kompleksi ilə hava limanı arasındakı meydançada keçirilən musiqi festivalında terror hadisəsi baş verib. Otelin 32-ci mərtəbəsindən atəşə tutulan festival izləyicilərindən 59-u ölüb, 530 nəfər isə ağır yaralanıb.
Hazırda qatilin evində axtarışlar aparan Las Veqas polisi onun evində olan elektron qurğuları öyrənir. 64 yaşlı S.Peddok Nevada ştatının Meskit şəhərində yaşayırdı. Stiven Peddokun otel otağından 23 ədəd, evindən isə 19 ədəd odlu silah, çoxsaylı patron və partlayıcı maddələr aşkarlanıb.
Polis tərəfindən saxlanılan 64 yaşlı S.Peddok həbsə düşməmək üçün özünü öldürüb.