SON XƏBƏR

Latviya Rus ordusunu “bizim ordumuz” adlandıran “Dojd” TV-nin lisenziyasını ləğv etdi

Dekabr 06
12:55 2022
Latviyanın Milli elektron media şurası öz qanun pozuntularının "əhəmiyyətini və ciddiliyini dərk etmədiyi" üçün "Dojd" telekanalının yayım lisenziyasını ləğv etmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə şuranın rəhbəri İvars Abolins Latvijas likumi ir jāciena katram pic.twitter.com/YgiVJ0wRKY — Ivars Āboliņš (@Ivars_Abolins) December 6, 2022 ">bildirib.

"Pozuntuların məcmusunu qiymətləndirən şura əmindir ki, "Dojd” rəhbərliyi pozuntuların əhəmiyyətini və ciddiliyini başa düşmür və anlamır və buna görə də Latviya ərazisində fəaliyyət göstərə bilməz”, - Abolins qeyd edib.

Onun sözlərinə görə, qərar dövlət təhlükəsizliyi və ictimai asayiş nəzərə alınaraq qəbul edilib. Cümə axşamı, dekabrın 8-nə keçən gecə telekanala yayımı dayandırmaq əmri verilib. Bundan əvvəl Milli şura "Dojd”u 10 min avro məbləğində cərimələmişdi, belə ki, telekanal Krımı Rusiyanın tərkibində qeyd edib və Rusiya ordusunu "bizim ordumuz” adlandırıb.

Xatırladaq ki, dekabrın 1-də telekanalın aparıcısı Aleksey Korostelev "Burada və indi” proqramında tamaşaçıları poçt və teleqram botuna yazmağa çağırıb. "Ümid edirik ki, bir çox hərbçilərə, biz o cümlədən, məsələn, cəbhədə təchizat və sadə şəraitin yaradılmasına yardım göstərə bilmişik", - Korostelev deyib.  

Bundan sonra "Dojd”un baş redaktoru Tixon Dzyadko bildirib ki, bu ifadə kanalın izləyicilərində onun Rusiya ordusuna yardım etdiyi hissi yaradır.

"Bununla əlaqədar olaraq, aşağıdakıları qeyd etmək vacibdir: "Dojd” telekanalı Rusiya ordusunun nə ön cəbhədə, nə də ondan kənarda silahlanmasına yardım etməyib, etmir və etməyəcək”, - Dzyadko bildirib.

Daha sonra jurnalist Yekaterina Kotrikadze "Dojd”ın Korostelevlə əməkdaşlığı dayandırmaq qərarını açıqlayıb. "Biz bu gündən etibarən Aleksey Korostelevlə əməkdaşlığı dayandırmaq qərarına gəldik. Bu, bizim üçün çox çətin qərardır, lakin "Dojd” rəhbərliyi bunu yeganə mümkün qərar hesab edir”, – o bildirib.

"Çoxları Lyoşanın sözlərini belə başa düşdü ki, sanki "Dojd” Rusiya Silahlı Qüvvələrinə yardım edir. Amma bu belə deyil. Lyoşanın ifadəsi səhv idi. Ancaq bu səhvin bədəli hamımız üçün çox ağır oldu”, - telekanalın baş direktoru Natalya Sindeyeva bildirib. Televiziya müraciətində o, "Aleksey Korostelevin ifadəsi ilə məyus olan hər kəsdən" kanal adından üzr istəyib.

"Reputasiya, tamaşaçının etibarı hər sözlə qazanılır. Həm Ukraynada, həm Rusiyada, həm də dünyada minlərlə insan haqlı olaraq bizə pretenziya bildirib ki, biz faktiki olaraq fevralın 24-dən bəri və 12 illik vicdanlı işimizi kanalın bir cümləsi ilə sildik ", - deyə Sindeyeva əlavə edib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook