Latviyanın mədəniyyət naziri istefa verib
İyun 18
08:02
2024
Latviyanın mədəniyyət naziri Aqnese Lojina istefa verib.
Qeyd edək ki, yeni mədəniyyət naziri təsdiq olunana qədər onun vəzifələrini baş nazir, o olmadıqda isə ədliyyə naziri yerinə yetirəcək.
"Report" xəbər verir ki, bu barədə "ERR" dövlət teleradio portalı məlumat yayıb.
"Şəxsi səbəblərə görə mədəniyyət naziri vəzifəsini tərk etmək qərarına gəldim”, - o deyib.
Baş nazir Evika Silina onun istefasını qəbul edib.