SON XƏBƏR

Lavrov Rusiyanın MDB-yə sədrliyi dövründə prioritet vəzifəsini açıqlayıb

Yanvar 23
15:07 2024
MDB ölkələri ortaq keçmişləri haqqında həqiqəti müdafiə etmək üçün birgə çalışacaqlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasına videomüraciətində deyib.

Onun sözlərinə görə, ortaq keçmiş haqqında həqiqəti müdafiə etmək Rusiyanın 2024-cü ildə MDB-yə sədrliyi dövründə prioritet olaraq qalacaq.

Bundan əlavə, Rusiya XİN başçısı 2025-ci ilin MDB-də Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi, nasizmə qarşı mübarizədə sülh və birlik ili elan edildiyinə diqqət çəkib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook