Lavrov Ukraynanı "beynəlxalq dilənçi" adlandırıb
Fevral 17
12:41
2024
"Kiyev hakimiyyəti indi beynəlxalq dilənçi kimidir"
Ukraynadakı vəziyyətlə bağlı açıqlamalar verən Lavrov, Kiyev administrasiyasının Rusiyaya qarşı apardığı müharibədə beynəlxalq yardım tələbini tənqid edib.
Lavrov Qərbin Ukraynaya dəstəyinin azaldığını diqqətə çatdırıb:"Top bizim meydançada deyil, bunu hamı bilir. Qərbin Ukraynaya verdiyi dəstək zəifləyir. Avropa Birliyinə üzv ölkələr Ukraynaya yardım üçün cəmi 144 milyard avro öhdəlik götürüblər, lakin 77 milyard avro vəsait ayrılıb".
"AzPolitika.info" xəbər verir ki, bunu Moskvada keçirilən "Avromaydan: Ukraynanın itirilmiş onilliyi” adlı konfransda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Qərb Rusiyanı nəzarətdə saxlamaq, öz təbirincə desək, Rusiyanı strateji cəhətdən məğlub etmək və dünya səhnəsində layiq olduğu rolu oynamasına mane olmaq üçün Ukraynadan hər mənada istifadə edir. Nəticədə Rusiya İmperiyası (Çar Rusiyası) və Sovet İttifaqı dövründə ən zəngin və ən yüksək sənaye potensialına malik olan Ukrayna Avropanın ən yoxsul və yoxa çıxan regionuna çevrildi. Kiyev rəsmiləri indi beynəlxalq dilənçi kimi qələmə verilir",-deyə qeyd edib.