Lavrov Xəzərin dibi ilə keçəcək boru kəməri barədə danışıb
Oktyabr 16
17:47
2017
Xəzərdə boru kəmərlərinin tikintisindən öncə onların ətraf mühitə necə təsir edəcəyini öyrənmək lazımdır.
Virtualaz.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə Ümumdünya Gənclər və Tələbələr Festivalı çərçivəsində panel sessiyasında etdiyi çıxışda bildirib.
Rusiya XİN başçısı deyib: "Qara dənizdən fərqli olaraq, Xəzərdə dəniz mühiti çox kövrəkdir və hər hansı boru kəmərləri barədə qərar qəbul etməzdən əvvəl həmin layihələrin ətraf mühitə təsirini dərindən öyrənmək lazımdır”.