SON XƏBƏR

"Lavrova Rusiyanın öz qüvvələrini dərhal geri çəkməli olduğunu deyəcəm" - Böyük Britaniya XİN rəhbəri

Fevral 10
13:10 2022
Böyük Britaniya xarici işlər naziri Liz Trass Ruaiyalı həmkarı Sergey Lavrov görüşlə bağlı bəyanat verib.

"Report” xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb:

"Lavrova Rusiyanın öz qüvvələrini dərhal geri çəkməli və Ukraynanın ərazi bütövlüyünə hörmət etməli olduğunu demək üçün Moskvaya gəlmişəm. Ona çatdaracam ki, əks halda ağır nəticələrlə üzləşəcəklər. Hansısa müdaxilə böyük səhv olardı. Diplomatiya həll üçün ən yaxşı yoldur. Rusiya bu yolla getməlidir”, – paylaşımda bildirilib.
Qeyd edək ki, nazirlər arasında görüş bu gün keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook