SON XƏBƏR

Ledi Qaqanın 8 milyon dollarlıq sırğası - FOTO

Mart 05
17:44 2016
"Oskar" mükafatlarının təqdimetmə mərasimindən bir həftəyə yaxın müddət keçməsinə baxmayaraq, hələ də tədbir gündəmdən düşməyib.
 
Bu dəfə isə gündəmə tədbirdə ən bahalı zinət əşyaları ilə parlayan məşhurların adları damğa vurub.
 
Qlobal.az publika.az-a istinadən bildirir ki, ən bahalı zinət əşyasını Ledi Qaqa taxıb. Məşhur müğənni bu təntənəli gecəyə "Lorraine Schwartz" zərgərlik evindən 8 milyon dollar dəyərində 90 karatlıq sırğalarla gəlib.
 
Yeri gəlmişkən, qeyd edək ki, müğənnin nişanlısının hədiyyə etdiyi 6 karatlıq üzüyün qiyməti 400 min dollardır. 2000-ci ildə dünya gözəli seçilən Priyanka Çopra da adını gecənin ən zəngin ulduzları siyahısına yazdıra bilib.
 
Hind gözəlinin sırğaları "Lorraine Schwartz" zərgərlik evinə aiddir. Priyankanın 50 karatlıq almaz üzüyü 3.2 milyon, 22 karatlıq almaz üzüyünün dəyəri isə 3.4 milyon dollardır. Haydi Klumun "Goldconda" brendinə aid olan üç üzüyü ümumilikdə 67 karatdır.
 
Bu üzüklərin ümumi dəyəri 2.5 milyon dollardır.
 
Çrissi Teyqenin taxdığı açıq qəhvəyi brilliant üzük və sırğanın ümumi dəyəri isə 2.8 milyon dollardır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook