SON XƏBƏR

"Legiya"nın futbolçusu: "Heç kim Mahir Emreli üçün ağlamayacaq"

Yanvar 07
00:31 2022
"Komandadan ayrılmaq onun öz qərarıdır".

Bunu Polşa "Legiya"sının futbolçusu Mateuş Xolovniya Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyinə münasibət bildirərkən deyib.

Polşalı müdafiəçi vurğulayıb ki, komandada heç kim 25 yaşlı forvard üçün ağlamayacaq: "Legiya"da oynamaq istəmirsə, qoy, oynamasın. Mən də azarkeşlərin bu cür davranışı ilə qarşılaşmışam. Fanatlar bəzən qırmızı xətti keçirlər. Belə olmamalıdır. Amma düşünürəm ki, futbolçu bunu həzm etməlidir. Lukinyas da eyni şeyi yaşadı. Lakin birtəhər sağaldı və oynamağa davam etmək istəyir".

Qeyd edək ki, Mahir Emreli "Legiya"nın bu gün start götürən təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook