Lənkəran Dövlət Dram Teatrında büdcə vəsaitləri talanıb? - İddia
Oktyabr 25
00:20
2021
Azərbaycanda dövlətdən maliyyələşən təşkilatların sifarişçi olduqları dövlət satınalmalarında baş verən neqativ hallar bitib tükənmək bilmir. Bu sahədə olan qanunvericiliyə edilən dəyişikliklər də heç bir nəticə vermir. Dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmaların böyük əksəriyyətində yenə də "otkad" kimi bir bəla qalmaqdadır. Dövlət satınalmalarında olan "otkad" əməliyyatları bir xəstəlik kimi "inkişaf edərək" elm və mədəniyyət sahəsi üzrə olan idarə və müəssisələri də cənginə alıb.
Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı həbs edilən nazir müavini Rafiq Bayramovun məhkəməsində ifadə verən "Pramida-F.R" MMC-nin rəhbəri satınalma sifarişi üzrə hesablarına köçürülən vəsaitin 900 min manatını nazirliyə geri verdiyini bildirdi.
Qeyd edək ki, dövlət satınalmalarında olan maxinasiyalarda əsasən saxta təşkilatlar qalib elan edilir, o təşkilatların hesabına köçürülən pullar isə sonradan hesabdan çıxarılaraq mənimsənilir.
Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi də struktur daxilində islahatlara başlayıb.
Nazirliyin və Baş Prokurorluğun ötən həftə verdikləri açıqlamada Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudovun külli miqdarda dövlət vəsaitini mənimsəməsi qeyd edilirdi.
Qlobal.az-ın əldə etdiyi məlumata görə neqativ halların geniş yayıldığı mədəniyyət müəssisələrindən biri də Lənkəran Dövlət Dram Teatrıdır.
Bu teatrda vəsaitlərin mənimsənilməsi prosesinin əsasən təmir işlərində aparıldığı deyilir.

Belə ki, Teatrın son illər "cari təmir" lotları üzrə sifarişçi olduqları kotirovka sorğularında görülən işlərin həcmlərinin və qiymətlərinin şişirdildiyi, bəzən isə işlərin sadəcə sənəd üzərində aparıldığı qeyd edilir.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovdur.
O bu vəzifədə 2014-cü ildən çalışır.
Qarşı tərəf xəbərə münasibət bildirə bilər.
Qlobal.az