SON XƏBƏR

Lənkəran Regional Mədəniyyət İdarəsi Həzi Aslanovun ev muzeyi ilə bağlı açıqlama yayıb

Avqust 16
09:30 2019
Lənkəran Regional Mədəniyyət İdarəsinin İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev muzeyinin ad lövhəsi ilə bağlı açıqlama yayıb.
 
Qlobal.Az-ın elektron poçtuna göndərilən açıqlamada deyilir:
 
"Müxtəlif internet saytlarında və sosial şəbəkələrdə Lənkəran şəhər Həzi Aslanovun ev muzeyinin ad lövhəsində olan nöqsanlar barədə müxtəlif fikirlər səsləndirilir. Lakin bununla bağlı hazıradək Lənkəran Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlayıb İdarənin mövqeyini öyrənərək real vəziyyət barədə heç kim məlumat almayıb. 

Məsələ ilə əlaqədar bildiririk ki, sosial şəbəkədə fotosu yayılan lövhə bir müddət əvvəl muzeyin əməkdaşları tərəfindən dizayn xidmətləri göstərən şirkətə sifariş verilmiş, sifariş alan şirkət tərəfindən lövhədə hərf və ümumi dizayn səhvlərinə yol verilmiş və oraya vurulub. Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən dərhal lövhəyə baxış keçirilmiş, hərf və dizayn səhvləri olduğuna görə lövhə oradan sökülmüşdur. Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən muzey üçün yeni lövhə sifariş verilmiş və hazırlanmış lövhə muzeyin qarşısına vurulmuşdur. Sosial şəbəkədə yayılan foto köhnə lövhənin fotosudur". 
 
 


Qeyd edək ki, bir neçə gün öncə saytı Həzi Aslanovun ev muzeyinin ad lövhəsində kobud hərf səhvləri olması barədə məlumat vermişdik.
 
Şrift, hərf, qrammatik və simmetrik səhvlərlə dolu olan löhvədə muzeyin tabe olduğu Lənkəran Regional Mədəniyyət İdarəsinin adı da səhv yazılmışdı.
 

 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook