Lənkəranda dövlət tenderlərini kimlər udur? – SİYAHI
May 26
23:52
2022
2021-ci ildən indiyə kimi Lənkəran rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 656 min 282 manat məbləğində 33 tender keçirilib.
Qlobal.Az fed.az-a istinadla xəbər verir ki, Lənkəran İcra Hakimiyyəti bu vaxt ərzində 2 milyon 23 min 88 manat məbləğində 8 tender keçirib. Ən böyük tenderin qalibi "”Emv Group” MMC olub. Şirkət 2 tenderlə 685 min 912 manat qazanc əldə edib. Bu isə İH-nin ümumi tenderlərinin 34 faizi deməkdir.
Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi 9 tenderə 323 min 111 manat xərcləyib. Bu isə rayonun bütün tenderlərinin 12 faizini təşkil edir. Ən böyük tenderi isə "Cənub-2000” MMC olub. Şirkət 120 min 634 manat dəyərində tenderləri qazanmaqla idarənin ümumi tenderlərinin 37 faizini udmuş hesab olunur.
2021-ci ildən indiyə kimi Lənkəran rayonunda keçirilən tenderləri təqdim edirik: