Ləğv prosesində olan 11 bank üzrə 741 milyon 146 min manatdan artıq kompensasiya ödənilib
İyul 12
11:28
2017
Əmanətlərin Sığortalanması Fondu tərəfindən ümumilikdə 11 bank üzrə 741 milyon 146 min manatdan artıq kompensasiya ödənilib.
Ləğv prosesində olan "Parabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 87 milyon 601 min manatdır. Ondan 50 milyon 713 min manatı qorunan əmanətlər, o cümlədən 43 milyon 884 min manatı kompensasiya olunan əmanətlərdir.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, iyulun 7-nə Fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 faiz) və 662 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan "Zaminbank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 77 milyon 116 min manatdır. Ondan 75 milyon 574 min manatı qorunan əmanətlər, o cümlədən 72 milyon 675 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 65 milyon 732 min manatdan artıq kompensasiya ödənişi təmin olunub (ümumi kompensasiya öhdəliyinin 90,4 faiz) və 6 milyon 942 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
"Kredobank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 30 milyon 191 min manatdır. Ondan 29 milyon 159 min manatı qorunan əmanətlər, o cümlədən 27 milyon 910 min manatı kompensasiya olunan əmanətlərdir. Fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 milyon 771 min manat kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,5 faiz) və 138 min manat ödənilməmiş kompensasiya öhdəliyi var.
Ləğv prosesində olan "Dekabank KB" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 5 milyon 360 min manatdır. Ondan 3 milyon 684 min manatı qorunan əmanətlər, o cümlədən 3 milyon 127 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 3 milyon 87 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 98,7 faiz) və 39 min manat ödənilməmiş kompensasiya öhdəliyidir.
"Atrabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 31 milyon 24 min manatdır. Ondan 26 milyon 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 milyon 614 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 14 milyon 350 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi) və ödənilməmiş kompensasiya öhdəliyi 263 min manatdır.
Ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 11 milyon 996 min manatdır. Ondan 6 milyon 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 90 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətçilərə ümumilikdə 2 milyon 4 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 95,9 faiz) və ödənilməmiş kompensasiya öhdəliyi 86 min manat təşkil edir.
"Bank Standard" Kommersiya Bankında fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 596 milyon 499 min manatdır. Onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətçilərə ümumilikdə 437 milyon 542 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2 faiz) və 3 milyon 611 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 550 min manatdır. Ondan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətçilərə ümumilikdə 1 milyon 807 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 86,1 faiz) və ödənilməmiş kompensasiya öhdəliyi 292 min manatdır.
"Bank of Azerbaijan" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 124 milyon 732 min manatdır. Ondan 122 milyon 366 min manatı qorunan əmanətlər, o cümlədən 24 milyon 937 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 24 milyon 191 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 97 faiz) və 746 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
"Gəncəbank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 177 min manatdır. Ondan 1 milyon 553 min manatı qorunan əmanətlər, o cümlədən 1 milyon 39 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətçilərə ümumilikdə 976 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 93,9 faiz) və 63 min manat ödənilməmiş kompensasiya öhdəliyi var.
"Texnikabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 163 milyon 154 min manatdır. Ondan 161 milyon 796 min manatı qorunan əmanətlər, o cümlədən 122 milyon 642 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 120 milyon 458 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) və 2 milyon 183 min manat ödənilməmiş kompensasiya öhdəliyidir.