Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub
Aprel 19
12:52
2018
Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın "Dünya yuxutək əriyir...” divanı Tehran şəhərində fars dilində nəşr olunub.
Qlobal.Az AZƏRTAC-a istinadla xəbər verir ki, divan "Kaspi” qəzeti və "Kaspi” Təhsil Şirkətinin "Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında bir neçə ildir həyata keçirdiyi layihələr çərçivəsində Tehranın məşhur Mobini-Əndişə yayım evinin Nevis mətbəəsində nəfis tərtibatda farsdilli oxucuların görüşünə gəlib. "Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” layihəsinin rəhbəri yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə indiyədək İranda və Türkiyədə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin "Peyğəmbər”, "Topal Teymur”, "Şeyx Sənan”, "Maral” əsərləri, "Cavid xəzinəsindən” adlı toplu, bundan başqa, bir çox xarici ölkə və keçmiş sovet respublikalarında müasir şair və yazıçılarımızın ən maraqlı yaradıcılıq nümunələri tərcümə olunaraq oxuculara təqdim edilib.
"Dünya yuxutək əriyir...” divanı bəhs olunan layihənin fars dilinə tərcümə edilmiş və nəfis nəşri təmin olunmuş növbəti uğurlu addımıdır. Leyla Əliyevanın yüksək dünyagörüşünü, daxili aləminin ecazkar zənginliyini, nadir poetik yaradıcılıq üslubunu, qəlbində köklənən sönməz ədalət hissini və duyğularını tərənnüm edən şeirlər fars dilinə görkəmli tərcüməçi-şair Əkbər Əlyar Həmidi və tanınmış şairə, yazıçı-publisist Süsən Nəvadə Rəzi tərəfindən peşəkarlıqla tərcümə olunaraq divana daxil edilib.
Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının ədəbi mühitində öz yaradıcılıq dəst-xətləri ilə seçilən Əkbər Əlyar Həmidi və Süsən Nəvadə Rəzi təkcə mütərcim kimi deyil, şair və tənqidçi kimi də böyük nüfuz sahibidirlər.
"Dünya yuxutək əriyir...” divanının fars versiyasına yazdığı ön sözdə mütərcim Əkbər Əlyar Həmidi qeyd edir: "İftixarla deyə bilərəm ki, geniş ictimai-siyasi fəaliyyəti, elitar ailə mənsubiyyəti ilə tanınan şairə zəngin fəlsəfi baxışlarına, nadir yaradıcılıq dünyası və poeziya səltənəti ilə bizə Xan qızı xatın Xurşidbanu Natəvanı xatırladaraq oxucunu heyrətdə qoyur... Divanın farsdilli oxucular tərəfindən böyük maraqla qarşılanacağına sonsuz ümid bəsləyirik”.
Leyla xanım özünün zəngin dünyagörüşü, fitri yaradıcılıq istedadı, nadir poetik üslubu, təbiət hadisələri ilə insan hissləri arasındakı bağlılığı tərənnüm etmək qabiliyyətinə görə müasir ədəbiyyatımızda xüsusi seçilir. Heç şübhəsiz ki, "Dünya yuxutək əriyir...” divanı dünya ədəbiyyatında böyük və əzəmətli yeri olan fars dilində yazılmış əsərlər sırasında özünə layiq yer qazanacaq, divandakı şeirlərin bir çoxu qonşu ölkənin bəstəkar və müğənniləri, eləcə də farsdilli poeziyasevərlər üçün cəlbedici olacaq.
Nəşrin rəhbəri və poetik ön sözün müəllifi AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publısıst Sabir Şahtaxtıdır.
"Dünya yuxutək əriyir...” divanı ilə tanış olmaq istəyən farsdilli oxucular kitabı Azərbaycanın və İranın əksər böyük kitabxanalarından və satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, nəşrin təşəbbüskarları divanın yaxın gələcəkdə İran İslam Respublikasında ərəb qrafikası ilə Azərbaycan dilində nəşrini də nəzərdə tuturlar.
Qlobal.Az