SON XƏBƏR

"Leyla Medical Center"-in külli miqdarda vergi borcu yaranıb

Yanvar 18
02:59 2024
"Leyla Medical Center" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. 
 
Qlobal.az xəbər verir ki, "Leyla Medical Center"-in hazırda (18.01.2024) dövlətə 12.142 manat vergi borcu var.
 
Tibb müəssisənin vergi borcunun yaranmasının səbəbi izah edilmir. 
  
Klinikanın nizamnamə kapitalı 20 manatdır. 
 
 
 
"Leyla Medical Center" MMC-nin qanuni təmsilçisi Vahabov Elnur Ramizoviçdir. Elnur Vahabov eyni zamanda klinikanın direktoru vəzifəsini icra edir.
  
"Leyla Medical Center" Bakının ən böyük tibb müəssisələrindəndir.
 
Burada Cərrahiyə, Flebologiya, Laboratoriya, Travmotologiya, Oftalmologiya, Otorinolarinqologiya, Neonatologiya və Pediatriya, Qastroenterologiya, İnstrumental diaqnostika, Terapiya, Uro-andrologiya, Kardiologiya, Nevrologiya, Endokrinologiya və dietologiya, Allerqologiya, Dermatokosmetologiya və Pulmonologiya şöbələri fəaliyyət göstərir.
 
Xatırladaq ki, "Leyla Medical Center" 1999-cu ildə əsası qoyulmuş "Leyla Şıxlinskaya Klinikası"nın bazasında formalaşıb. 2019-cu ildə "Leyla Şıxlinskaya Klinikası"nın adı dəyişdirilərək "Leyla Medical Center" olub.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook