SON XƏBƏR

Leyla Şıxlinskaya klinikası "Referans Qrup"a keçdi - Təsisçilərin adları kommersiya sirridir

Yanvar 04
00:32 2019
Leyla Şıxlinskaya klinikası öz fəaliyyətini "Referans Qrup" şirkətinin idarəçiliyi altında davam etdirəcək.
 
Bu barədə virtualaz.org-a klinikadakı mənbə məlumat verib.
 
Mənbənin sözlərinə görə, klinikada yeni il bayramı təşkil edilib və orada Leyla Şıxlinskaya və baş həkim Samirə Tağıyeva iştirak ediblər. Bayram mərasimi başa
çatdıqdan sonra toplaşanlara klinikanın "Referans Qrup" şirkətinin idarəçiliyi altına keçdiyi haqda məlumat verilib.
 
***
 
20:05
 
Leyla Şıxlinskaya Bakıda özünün eyni adlı klinikasını satıb.
 
Bu barədə "Qafqazinfo” xəbər yayıb.
 
Leyla Şıxlinskaya klinikasının əməkdaşları virtualaz.org-a informasiyasını təsdiq ediblər.

"Bizə klinikanın rəhbərliyinin dəyişməsi haqda bildiriblər. Amma bütün kollektiv və həkimlər öz vəzifələrində qalacaq", - deyə klinikanın əməkdaşlarından biri vurğulayıb.
 
Eyni zamanda Vergilər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a vergi verənlərin reyestrində uyğun dəyişikliklər barədə informasiyanın olub-olmadığını dəqiqləşdirməyə söz veriblər, amma onu da əlavə ediblər ki, təsisçilərin adları kommersiya sirridir və açıqlanmır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook