SON XƏBƏR

“Liderlərin Kişniyov görüşündən mənununuq” – “Sülhün açarı birbaşa dialoqdadır”

İyun 06
12:25 2023
"Problemlərin həlli və davamlı və ləyaqətli sülhə nail olmağın açarı birbaşa dialoqdur”.

"AzPolitika.info” xəbər verir ki, bunu "Amerikanın Səsi” radiosuna ABŞ Dövlət Departamentinin adını açıqlamaq istəməyən nümayəndəsi deyib.

"Biz bu ayın sonunda Vaşinqtonda danışıqların növbəti raundunu gözləyirik, çünki tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə səy göstərməkdə davam edirlər. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında müxtəlif yerlərdə davam edən danışıqlardan, o cümlədən liderlərin Kişinyovdakı son görüşündən məmnunluğunu ifadə edir”, - deyə rəsmi qeyd edib.

Xatırladaq ki, iyunun 12-də hər iki ölkənin xarici işlər nazirləri ABŞ-da yenidən görüşəcəklər. Bu formatda daha əvvəl nazirlər mayın 1-5-də Vaşinqtonda olub, hər iki ölkənin xarici işlər nazirləri sülh planı üzrə danışıqlarda irəliləyişlər əldə etdiklərini bildiriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook