SON XƏBƏR

Linkoln 1864-cü ildə Baydenin ulu babasını əfv edibmiş

Fevral 20
17:27 2024
1864-cü ildə ABŞ-ın 16-cı prezidenti Abraham Linkoln ABŞ-ın hazırkı prezidenti Co Baydenin ulu babası Cozef Robineti əfv edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Post" (WP) arxiv mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Baydenin əcdadı 1861-1865-ci illərdə Amerika vətəndaş müharibəsi zamanı şimal ordusunun artilleriya bölməsində ehtiyatda olub. Qeyd edilir ki, Robinet ilə həmkarı Con Aleksandr arasında dava düşüb və nəticədə Alkesander bir neçə bıçaq zərbəsi alıb.

Baydenin ulu babası təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, prezident Linkolndan əfv alaraq cəzasını çəkməkdən xilas olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook