SON XƏBƏR

Litva prezidenti NATO sammitinin bəyannaməsi haqqında: Mətnə veto qoya bilərik

İyul 07
15:25 2023
Litva prezidenti Gitanas Nauseda NATO-nun Vilnüs sammiti bəyannaməsinin mətninə veto qoyulmasının mümkünlüyünü istisna etmir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Delfi” məlumat yayıb.

Nausedanın sözlərinə görə, təklif olunan həllər və formulalar Litvanın maraqlarına cavab verməsə, o, bəyannamənin mətninə veto qoyacaq.

"Mən heç kimə söz verməmişəm ki, özümü müəyyən edilmiş etiket qaydalarına uyğun aparacağam. Bəzən etiket pozulmalıdır, lakin bunun ciddi səbəbi olmalıdır", - Litva prezidenti bildirib.

O vurğulayıb ki, "çox ciddi şeylərdən danışırıq", çünki Litvanın təhlükəsizliyi ilə bağlı məsələlər var.

"Əgər bəzi şeylər bizim təhlükəsizliyimizin maraqlarından ayrılırsa, o zaman hətta tədbirin təşkilatçıları olmağımız da bizi bu məsələni daha kəskin şəkildə qaldırmaq hüququndan məhrum etmir”, - Nauseda əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook