SON XƏBƏR

Livan Türkiyə istehsalı olan malların ölkəyə girişinə qadağa qoydu

Noyabr 19
12:57 2018
Livan Türkiyə istehsalı olan malların ölkəyə gətirilməsinə qadağa qoyub.

"Report” xəbər verir ki, bunu Livan-Türkiyə Cəmiyyətnin sədri Xalid Tadmori bildirib.

Onun sözlərinə görə, artıq 6 aydır Livanda hökumət qurmaq mümkün olmur, amma baş nazir Saad Hariri nazir vəzifəsinin icrasını müvəqqəti olaraq müxtəlif şəxslərə tapşırıb. O qeyd edib ki, Livanda nazir səlahiyyətlərini icra edən şəxslər isə Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdürülər.

X.Tadmori bildirib ki, Saad Hariri Türkiyəyə qarşı baş verənləri sükütla qarşılayır.

Cəmiyyət sədri deyib ki, Livanın iqtisadiyyat və ticarət naziri Raed Xouri Türkiyə istehsalı olan malların ölkəyə gətirilməsinə qadağa qoyulduğunu təsdiqləyib: "Nazir 30 milyon dollarlıq Türkiyə istehsalı olan mallara qadağa qoyub. O bu qadağanı milli istehsalı qorumaq üçün etdiyinin bildirib. Ancaq Livan Fransa və Səudiyyə Ərəbistanı ilə müqavilə imzalayaraq, hər iki ölkədə istehsal olunan malların vergi ödəmədən daxil ola bilər”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook