"Livanda tərəfləri atəşkəsə çağırırıq" - BMT Baş katibi
Oktyabr 09
08:30
2024
Livanda hərtərəfli müharibənin astanasındayıq, tərəfləri atəşkəsə çağırırıq.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda BMT-nin qərargah binasında jurnalistlərə açıqlmasında deyib.
"Livan səlahiyyətliləri bir milyondan çox insanın məcburi köçkün olduğunu bildirir", - Baş katib əlavə edib.
Baş katib Yaxın Şərqdə davam edən münaqişənin genişlənməsindən dərin narahatlıq keçirdiyini bildirib.
A.Quterreş qeyd edib ki, İsrailin Beyrut da daxil olmaqla Livanın bir çox bölgələrinə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində son iki həftədə 1 500 nəfər həyatını itirib.