SON XƏBƏR

Liviya ilə bağlı Rusiya-Türkiyə danışıqları başladı

Yanvar 13
17:42 2020
Moskvada Rusiya ilə Türkiyə arasında "2+2" formatında danışıqlar başlayıb. 

Qaynarinfo xəbər verir ki, görüşdə iki ölkənin Xarici İşlər və Müdafiə Nazirliyinin rəhbərləri iştirak edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Facebook səhifəsində məlumat verib.

Danışıqlar Xarici İşlər Nazirliyinin Qəbul Evində aparılır. Görüş Liviya probleminin nizamlanmasına həsr olunub.

Liviya nümayəndələri görüşə sonradan qoşulacaqlar. Artıq onlar da Rusiya paytaxtındadırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook