Liviyada nə qədər rusiyalı muzdlu var? - ABŞ Müdafiə Nazirliyinin hesabatında açıqlanıb
Noyabr 30
09:34
2020
Vətəndaş mühariəsinin bürüdüyü Liviyada miqyaslı əməliyyatların təfərrüatları, o cümlədən, buradakı rusiyalı muzdluların sayı məlum olub.
Əldə edilmiş məlumatlara görə, Liviyada Kremlin nəzarəti altnda olan 4 minə yaxın muzdlu aktivdir. Bu zaman xəbər verildiyi kimi, onların hamısı üsyançı general Xəlifə Həftarın və onun ordusunun tərəfində döyüşür.
O da qeyd olunur ki, Rusiya üsyançı Həftar ordusuna 14 döyüş təyyarəsi, minimum 12 çoxməqsədli MiQ-29 qırıcısı və Su-24 bombardmançıları verib.
Hesabatda o da göstərilir ki, "Vaqner” qrupunun prioritet vəzifələrindən biri də Sirtin, Əl-Cufra aviabazasının və bu iki məntəqə arasındakı müdafiə xəttinin qorunmasıdır.