Lizinq şirkəti Azərbaycandan gedir
Avqust 17
09:37
2016
Latviyaya məxsus "TKB Lizings” MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. Bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi,27 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "TKB Lizings” şirkəti Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Kipr, Qazaxıstan və Tacikistanda da nümayəndəliyə malikdir.
Qlobal.az