SON XƏBƏR

Lizinq yolu ilə 3 minə yaxın texnika verildi

Noyabr 19
11:24 2018
"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətə başladığı 2005-ci ildən indiyədək Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarından olan 1077 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 44 milyon 604 min 667 manat təşkil edən 2 min 935 ədəd kənd təsərrüfatı texnikaları verilib.

Qlobal.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə "Aqrolizinq” ASC tərəfindən "Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Xaçmazda təşkil olunan görüşdə bildirilib.

Şimal rayonlarında fəaliyyət göstərən fermerlərin qatıldığı görüşdə mövcud problemlər müzakirə olunub, onların həlli yollarına və təkliflərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə bildirilib ki, layihənin əsas məqsədi fermerləri "Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə məlumatlandırmaqdan ibarətdir. Layihə, həmçinin elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların interaktiv tanışlığı və maarifləndirilməsi, cəmiyyətin vətəndaşlara əlçatanlığının və yaxınlığının təmin edilməsi, bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həlli istiqamətində addımların atılmasına xidmət edir.

"Aqrolizinq” ASC-nin şöbə müdiri Ayaz Qədirov innovativ yeniliklər, tətbiq edilən elektron xidmətlər barədə məlumat verib, Səhmdar Cəmiyyət və fermer arasındakı münasibətlərin elektronlaşdırılması, elektron hökumət portalında xidmətlər barədə interaktiv təqdimatla çıxış edib.

Sonra fermerlərə ödənişlərin daha rahat və vaxt itkisi olmadan aparılması üçün inteqrasiya ödəniş sistemləri barədə məlumat verilib. Bildirilib ki, Cəmiyyətin xidmətlərinə görə ödənişləri ölkə üzrə bütün "E-manat” və "Milli-ön” ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkündür.

Təqdimat zamanı aqrotexniki xidmətlərdən yararlanmaq üçün mobil tətbiq üzərindən sifarişlərin verilməsi layihəsi barədə də danışılıb, bununla bağlı iştirakçılar arasında sorğu aparılıb.

Görüş zamanı fermerlərə layihənin mahiyyəti, məqsəd və hədəfləri, kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi, 10 illik lizinqli satış və 40 faiz güzəşt, bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti, gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması haqqında da ətraflı məlumat verilib.

Tədbirin sonunda region üzrə 30-a yaxın fermerə səyyar xidmət çərçivəsində güzəşt müqavilələri təqdim edilib.
 
Tədbirdən sonra "Aqrolizinq"in hüquq şöbəsinin müdiri Aynurə Quliyeva jurnalistlərə açıqlamasında bildirib ki, tədbir çərçivəsində vətəndaşların sualları cavablandırılıb, problemləri yerindəcə araşdırılıb, həlli yolları təklif edilib: "Araşdırılması tələb olunan məslələr qeydə alındı. Bundan başqa vətəndaşlara kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, damazlıq heyvanlar və mineral gübrələrin lizinq və satış şərtləri, istifadə qaydaları haqqında da geniş məlumat verildi".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook