SON XƏBƏR

Ölkə üçün ciddi təhlükə: Çindən balıq idxalı qadağan edilməlidir!

Fevral 03
14:22 2020
"Ölkə üçün ciddi təhlükə yaranıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Vahid Məhərrəmli Qida Təhlükəsizliyi Agentliyinin koronavirusun heyvan, balıq və dəniz məhsulları vasitəsilə ilə yayılmasını əks etdirən bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Çindən balıq və balıq məhsullarını almağı dərhal dayandırmalıdır:

"Virusun mənbəyi Çindir və artıq 20 ölkəyə yayılıb. Bu ölkələrə gedən insanlar təhlükə mənbəyi kimi tədim olunur. Mütəxəssislər bu barədə rəy bildirib. Onlar bildirib ki, virus Çindən digər məhsullarla deyil, daha çox heyvan və balıq məhsulları ilə yayıla bilər. Burada bir həqiqət var. Amma xəstəlik daha çox hansı heyvandan yayılır, onu müəyyənləşdirməyiblər. Yəni, virus bütün heyvanlardan keçə bilməz. Nə etməli? Azərbaycan Çindən balıq idxal edir. Bu ümumi idxalın 1,9%-i qədərdir. 2018-ci ildə ölkəyə 17 min ton balıq idxal olunub. Xəstəliyin belə sürətlə yayılması onu deməyə əsas verir ki, hətta ölkəyə bir kloqram balıq gətirilsə, bu təhlükə mənbəyinə çevrilə bilər. Ona görə də Çindən gətirilən balıq və heyvan məhsullarının idxalına qadağa qoymaq lazımdır”.

Vahid Məhərrəmli bildirib ki, Azərbaycan balıq və heyvan məhsullarını özü istehsal etməlidir:

"Bunun üçün bizim geniş imkanımız var. Xəzər kimi böyük dənizimiz, çaylarımız, göllərimiz var, burada balıqçılığı inkişaf etdirmək olar. Azərbaycan 10-dan çox ölkədən balıq gətirir. Əlbəttə ki, xəstəlik Çində yayılıbsa, əhalisinin sağlamlığını düşünən ölkə üçün ciddi təhlükə yaranıb”.

Qeyd edək ki, AQTA koronavirusun heyvan və balıq məhsullarından keçməsi ilə bağlı bəyanat verib. Bəyanatda Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış "2019 novel koronovirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb-deyə bildirilir. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook