SON XƏBƏR

Ölkədə dollara tələbat sürətlə artır

Avqust 12
09:11 2016
Quruş devalvasiyası manatı saxlaya bilmir
 
Ekspertə görə, əhali böyük devalvasiyaya, böyük bahalaşmaya hazır olmalıdır
 
Dünən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə – 600 mln. ABŞ dollarından çox olub. Bu barədə bank dairələrindən məlumat verilib.

ARDNF-in hərraca çıxardığı valyutanın məbləği 50 mln. dollar olub. Bu vəsaitÿ29 kommersiyaÿbankına satılıb.
 
Son günlərin tendensiyası göstərir ki, hər ötən gün dollara olan tələbat artmaqdadır. Bu tələbatı isə MB qarşılamır. Belə olan halda bankların ödənilməmiş tələbatı nə vəd edir?

Iqtisadçı Nemət Əliyev bildirdi ki, dəfələrlə bildirilib, hökumət büdcə qarşısında olan öhdəliklərini yerinə yetirə bilməyib. Çünki aparılan uzunmüddətli yanlış siyasət ölkə iqtisadiyyatında fəsadlar törədib. Sahibkarlara olan basqıların da neqativ nəticələr doğurduğunu deyən N.Əliyev vurğuladı ki, sahibkarlıq fəaliyyəti artıq sərf etmir: "Belə siyasət öz fəsadını verməli idi. Sahibkarların gəlirləri aşağı düşüb. Hökumətin imitasiya xatirinə atdığı addımlar sahibkarların əvvəlki gəlirlərini geri qaytarmırsa, iqtisadi artımdan, büdcə gəlirlərinin təmin edilməsindən danışmaq gülüncdür. Belə bir vəziyyətdə Neft Fondu büdcə qarşısında olan öhdəliklərini də yerinə yetirmədi. Büdcə qarşısında öhdəlikləri yerinə yetirmək əvəzinə Neft Fondu valyutasını saxlamaqla gözlənilən devalvasiyadan daha çox manat əldə etməyə çalışır. Bu cür baxışla uzaq getmək mümkün deyil. Ona görə böyük devalvasiyaya, böyük bahalaşmaya hazır olmaq lazımdır”.
 
N. Əliyevin sözlərinə görə, MB-nin son rəsmi məzənnəsi 1.6262-dir. Əslində, bu məzənnə kursun ötən müddət ərzində kəskin artdığının göstəricisidir. Kursun artması isə manatı dəyərdən salır. Manatın dəyər itirməsi bahalaşmaya səbəb olur: "Əgər təqaüdlərdə, əmək haqlarında dəyişiklik olmursa, manatın dəyərdən düşməsi insanların vəziyyətini daha da pisləşdirir. Yavaş-yavaş olsa da dolların məzənnəsi 1.49-dan 1.62-yə qədər artıb. Bu, milli valyutanın dəyər itirməsidir. Neft Fondu 4-cü aydır ki, büdcə qarşısında öhdəliyin yerinə yetirmir. Məhz bu onu deməyə əsas verir ki, Neft Fondu böyük devalvasiyanı gözləyir. Bu isə iqtisadiyyata böyük zərbə vurur. Çünki, büdcə investisiyası üzrə iqtisadiyyatın stimullaşdırılmasının qarşısı alınır. Ya tədricən manatın devalvasiyasını müşahidə edəcəyik, ya da günlərin bir günü görəcəyik ki, Mərkəzi Bank növbəti kəskin devalvasiyaya gedib. Hazırkı gedişat sentyabrın axırlarına qədər manatın kursunun 1.75 olacağını deməyə əsas verir. Amma bu da hökumətin işinə yaramır. Hökumət problemlərini həll etmək üçün milli valyutanı daha çox dəyərdən salmalıdır”. (Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook