SON XƏBƏR

Ölkədə hansı rayon əhalisinin pulu daha çoxdur?

Aprel 10
10:20 2018
2018-ci ilin mart ayının 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 750,3 mln. manat təşkil edib.

Qlobal.Az oxu.az-a istinadən xəbər verir ki, əmanətlərin 2 mlrd. 935,2 mln. manatı milli valyuta, 4 mlrd. 815,1 mln. manatı isə xarici valyuta ilə yerləşdirilib.

Manatla əmaəntlərin xüsusi çəkisi 37,87%, xarici valyutada əmanətlərin çəkisi isə 62,13% təşkil edib.

Xatırladaq ki, bu nisbət fevral ayının 1-nə xarici valyutalar üzrə 66,3% idi. Bir ayda əmanətlərin dollarlaşması 4%-dən çox azalıb. Yanvar ayı ilə müqayisədə isə azalma 3,1% olub. 

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə gəlincə, Bakı sakinləri banklara daha çox pul yatırıblar - 7143311.1 min manat. Paytaxt üzrə əmanətlərin orta faiz dərəcəsi 4,3 % təşkil edib. 

Əmanətlərin həcminə görə, ikinci sırada Abşeron iqtisadi rayonu bankları yer alıb. Bu rayon üzrə banklardakı əmanətlərin həcmi 165996.5 min manatdır. Əmanətlər üzrə orta faiz dərəcəsi  7% təşkil edib. 

Gəncə-Qazax iqtisadi rayonu üzrə bu rəqəm 136564.6 min manat, Aran iqtisadi rayonu üzrə 110164.2 min manatdır. 

Qeyd edək ki, hesabat dövrünə milli valyutada əmanətlərin orta faiz dərəcəsi 7.4 %, xarici valyuta ilə 2.5 faizdir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook