Ölkəmizi təmsil etmiş idmançı faciəvi şəkildə öldü - ABŞ-da
Mart 27
09:37
2016
Fiqurlu konki sürmə üzrə 1996-cı il Avropa Çempionatının gümüş mükafatçısı və məşqçi İqor Paşkeviç 44 yaşında ABŞ-ın Mayami şəhərində faciəvi şəkildə ölüb.
Bu barədə Rusiya fiqurlu konki sürmə federasiyasının rəsmi saytında dərc olunmuş məlumatda bildirilib. Hadisənin təfərrüatları açıqlanmır. Federasiya Paşkeviçin yaxınlarına və dostlarına başsağlığı verib.
Qeyd edək ki, beynəlxalq səviyyəli idman ustası İqor Paşkeviç Moskvada anadan olub. O, 1990-cı ildə gənclər arasında dünya çempionatının qalibi olub.
İqor Paşkeviç 1997-ci ildən başlayaraq Azərbaycanı təmsil edib.
Son illər Paşkeviç ABŞ-da məşqçi kimi çalışıb.
Qlobal.az