SON XƏBƏR

Ölkəyə çay idxalı 3 dəfə artıb

Oktyabr 12
14:55 2016
Azərbaycanda idxalda inhisarçılığa qarşı aparılan mübarizə və rəsmiləşdirmədə şəffaflığın artırılması rəqəmlərin də artmasında özünü göstərir.
 
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu ilin 8 ayında ölkəmizə 29 milyon 189 min dollarlıq "Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar” idxal olunub. İdxal 2015-ci ilin 8 ayı ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Belə ki, 2015-ci ilin Yanvar-Avqust aylarında qeyd olunan malların idxalı 9 milyon 942 min dollar təşkil etmişdi.
 
Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatların (əsasən çayın) ixracı isə kəskin azalıb. 2015-ci ilin ilk 8 ayındakı 10 milyon 982 min dollarlıq ixrac bu ilin anoloji dövründə 3 milyon 958 min dollara düşüb.

Qısası, çaya görə ölkəyə dollar girişi azalıb, çıxışı isə kəskin artıb.
 
Qeyd edək ki, bu il marketlərdə xarici çay çeşidləri artıb. Hətta bir çox xarici çaylar yerli analoqlarından ucuz satılır. (Marja)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook