SON XƏBƏR

Lukaşenko hədələdi - Belarusun iştirakı olmadan heç bir danışıqlardan söhbət gedə bilməz

Aprel 07
17:48 2022
Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, Ukraynada sülh yolu ilə nizamlanmaya dair danışıqlarda Minskinin də mövqeyi səsləndirilməlidir:
 
"Mən mövqeyimizi sizə açıqlamaq istəyirəm.  Belarusun iştirakı olmadan heç bir danışıqlardan söhbət gedə bilməz. Madam ki, siz (Qərb dövlətlərini nəzərdə tutur-red) bizi bu işə cəlb etdiniz, ilk növbədə bu danışıqlarda Belarusun mövqeyi səsləndirilməlidir. Biz o mövqedən çıxış edirik ki, bu müharibə ölkəmizin sərhədinin yaxınlığındadır və Belarusdakı vəziyyətə ciddi təsir göstərir. Ona görə də Belarusun xəbəri olmadan ayrı-ayrı razılaşmalar həyata keçirilə bilməz. Mən tamamilə əminəm və bilirəm ki, Rusiya bu mövqeyi başa düşür”. 

Görünür, A.Lukaşenko Kiyev və Moskvanın Türkiyədə anlaşmasını həzm edə bilmir. Belə ki, tərəflər arasında ilk danışıqlar prosesi Belarusda baş tutsa da, bu günə əldə olunan irəliləyişlər birmənalı şəkildə Türkiyənin vasitəçiliyinin nəticəsidir. Belarusun iştirakı ilə baş tutan danışıqlarda isə hər hansı bir nəticə əldə edilməmişdi. Bu mənada Belarus artıq arxa plana keçirilib. Rəsmi Minsk vasitəçi qismində ciddi qəbul edilmir. Bu isə Belarus prezidentini qəzəbləndirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook