SON XƏBƏR

Lüksemburqda Azərbaycanlı rəssamın sərgisi açılıb

İyun 09
09:19 2016
Azərbaycanlı rəssamın Lüksemburqda keçirilmiş sərgisi bu ölkənin Jeudi.lu saytında işıqlandırılıb. (https://jeudi.lu/une-expedition-photographique-a-travers-lazerbaidjan/).
 
Xəbərdə deyilir ki, "Mənim Azərbaycanım” fotoqraf Orxan Aslanov və onun komandasının Azərbaycanı fərqli və qeyri-ənənəvi yolla gəzərək təbiətinin bütün gözəlliklərini, qədim yerlərini, həyat tərzini və hətta Qafqazın ən ucqar nöqtələrində yaşayan insanların adət-ənənələrini təsvir edən davamlı bir layihədir. "Mənim Azərbaycanım” yalnız fotoşəkil layihəsi kimi məhdudlaşmır. Bu səbəbdən Orxan Aslanov bloqqer, fotoqraf, iaşə obyektlərinin sahibləri və səyahətçilərdən ibarət komanda ilə əhatə olunub...
 
Hazırda Azərbaycanın Lüksemburqdakı Mədəniyyət Mərkəzində nümayiş edilən sərgi Xəzər dənizi ilə Böyük Qafqaz dağları arasında baş tutmuş ekspedisiya zamanı toplanan ən yaxşı şəkilləri özündə əks etdirir.
 
Sərginin açılış mərasimində Azərbaycanla yanaşı, bir sıra ölkələrin diplomatik korpuslarının nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, 1985-ci ildə Bakıda anadan olan Orxan Aslanovda hələ gənc yaşlarında fotoqrafiya sənətinə maraq oyanıb. Ancaq peşəkar fotoqraflıq sənətindən əvvəl o, iqtisadiyyat üzrə təhsili alıb. Hazırda O. Aslanov Azərbaycanın ən məşhur fotoqraflarından biridir.(AzərTac)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook