Ülvi Quliyevin "2024 taktikası": Alınsa mandat, alınmasa icra başçısı…
İyul 16
17:22
2024
Vaxtıyla OMON-un komandiri Rövşən Cavadovla yaxın münasibətlərə malik olan, daha sonra həbsin eşiyindən dönən Ülvi Quliyev yenidən deputat olmaq üçün can atır. Tribunainfo.az xəbər verir ki, o, mandat məsələsi üçün ciddi çalışsa da, ehtiyat varinatını da saxlayıb.
Əldə olunan xəbərlərə görə, iki dəfə deputat olan dərman inhisarçısı yenidən Yasamalı hədəf seçib. Lakin onun mandat ala biləcəyi şübhə doğurur. Buna səbəb isə həm fəaliyyətsizliyi, həm də oğlu ilə bağlı bəzi qalmaqallı məqamların üzə çıxmasıdır.
Qeyd edək ki, Ülvi Quliyevin oğlu Orxan Quluzadənin Avropa ölkələrində bir sıra biznesləri üzə çıxıb. Belə ki, o, son parlament seçkilərindən dərhal sonra İngiltərəfə "MARKETING SOLE PROJECT LTD” adlı şirkət yaradıb.
Amma Orxanın biznesi bununla yekunlaşmır. Onun İngiltərədə UGANO LTD adlı başqa bir firması da var. Dəyəri isə 1.2 milyon dolardır.
Deputatın Türkiyədə də şirkətləri var. "GUANO DANIŞMANLIK TİCARET LİMİTED ŞİRKETİ” 2009-cu ildə yaradılıb.
Təsisçiləri isə Quliyevin həyat yoldaşı Aynur Quliyeva və oğlu Orxandır.
Qeyd edək ki, Aynur xanım Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə, ev 11 ünvanında qeydiyyata alınmış "LOĞMAN -3” KM-in də təsisçisi və qanuni təmsilçisidir.
Həmin ünvanda deputatın məşhur dərman şirkəti – "LOĞMAN FARM” MMC-də qeydiyyatdadır. Şirkətin təsisçisi Ülvi Quliyevin oğlu, qanuni təmsilçisi isə Xalid Dilqəm oğlu Sadıqovdur.
Bundan əlavə "DİLER İNŞAAT” MMC Neftçi Qurban Abbasov küçəsi 42/44 ünvanında tamamlama mərhələsində olan BAYIL MARİNA rezidensiyasının tikintisini həyata keçirib.
Orxan Quluzadə həmçinin İngiltərədəki şirkəti üzərindən Sankt-Peterburqda "Xoçu kebab” və "Xoçu şaşlık” restoranlar şəbəkəsi açıb. Deputatın oğlunun Peterburqdakı digər şirkəti – NEO GROUP LTD ticarət şirkəti isə ləğv prosesindədir.
Şübhəsiz ki, bunlar üzdə olanlardır və daha nə qədər biznes sahələrinin olduğunu müəyyənləşdirmək xeyli çətindir.
Yuxarıda qeyd etmişdik ki, Ülvi Quliyevin mandat arzusu alınmasa, ehtiyat variantını işə salmalı olacaq.
Tribunainfo.az-a daxil olan məlumata görə, deputat mandatını itirərsə, Quliyev Bakı rayonlarından birinə icra başçısı getməyi düşünür. Elə buna görədir ki, deputat ehtiyat varinatını reallaşdırmaq üçün qapılarda qalıb.
Məlumatlara görə, o, ərki çatan məmurlara bu məsələdə ona yardımçı olmasını xahiş edib. Əlaqəsi olmayan məmurlara isə minnətçi göndərməyə başlayıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.