SON XƏBƏR

Maaş ala bilməyən fəhlələrə şad xəbər

Noyabr 20
11:40 2015
""Azərinşaatservis" MMC-nin əməkdaşlarının maaşları yaxın günlərdə veriləcək. Bununla bağlı işlər aparılır".
 
Ölkə.Az xəbər verir ki, bunu ans press-ə açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Nəcəfli deyib.
 
Onun sözlərinə görə, "Azəryolservis"in sifarişçi şirkət kimi, podratçı şirkətlərdən birinə müəyyən məbləğ ödənməmiş maliyyə hissəsi var. ""Azərinşaatservis” isə sub podratçı şirkət kimi həmin pul ödənməli şirkətdən layihəni alıb. Buna görə də bizim qurum da öz növbəsində bu ödənilməmiş məbləğin podratçı şirkətə ödənməsi üçün Maliyyə Nazirliyinə müraciət edib. Nəticədə də nazirlik pulu ayıracaq, həmin pul da podratçı şirkətə ödənəcək.
 
Podratçı şirkət də öz növbəsində pulu "Azərinşaatservis"ə ödəyəcək ki, nəticədə də fəhlələr öz maaşlarını almış olacaqlar. Hazırda Maliyyə Nazirliyinə müraciət edilib və nazirlik bu gün, ya sabah pulu ayıracaq. Həmin pul podratçının hesabına yatırılacaq ki, bundan sonra da həmin işçilərin maaşlarını vermək mümkün olacaq. İdarənin rəis müavini Cəmil Rüstəmxanlı da həmin narazı şəxslərlə bu gün görüşüb və prosesi başa salıb. İnanırıq ki, həmin işçilər yaxın günlərdə öz maaşlarını ala biləcəklər”,- deyə Anar Nəcəfli bildirib.
 
Xatırladaq ki, bu gün "Azərinşaatservis" MMC-nin maaşını ala bilməyən bir bir qrup əməkdaşı "Azəryolservis”in qarşısında toplaşıb. Onlar verilən vədlərin yerinə yetirilməsini və maaşlarının qaytarılmasını tələb ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook