Macarıstan AB Şurasının sədri olub
İyul 01
10:00
2024
Macarıstan Rusiyanın Ukraynaya qarşı müharibəsi və Miqrasiya da daxil olmaqla bir sıra məsələlərdə Avropa Birliyi (AB) rəhbərliyi ilə ciddi fikir ayrılıqları şəraitində altı ay müddətinə AB Şurasına sədrlik etməyə başlayır.
"Report” xarici KİV-lərə istinadən xəbər verir ki, ölkə iyulun 1-də Aİ-yə Belçikadan estafeti qəbul edir ki, dekabrın sonunda rotasiya əsasında Polşaya təhvil versin.
Budapeşt və Brüssel arasındakı çətin münasibətlər hətta sədrlik şüarının seçilməsinə də təsir edib: "Avropanı yenidən böyük edək!".
O, ABŞ-nin sabiq prezidenti Donald Trampın hazırkı Aİ rəhbərliyi tərəfindən dəstəklənməyən seçkiqabağı şüarına bənzəyir, lakin Macarıstanın Baş naziri Viktor Orban açıq şəkildə onun tərəfindədir.