Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək - Siyarto
Sentyabr 07
07:53
2024
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, ölkəsi Ukraynaya silah tədarük etməyib və etməyəcək.
"O (Peter Siyarto - Qeyd) Macarıstanın silaha deyil, diplomatiyaya sadiqliyini təsdiqləyərək vurğulayıb ki, Budapeşt Ukraynaya silah tədarük etməyib və etməyəcək yeganə Aİ və NATO üzvü olaraq qalır. Daha çox silah daha uzun müharibə, daha çox ölüm və daha çox dağıntı deməkdir”, - deyə o qeyd edib.