SON XƏBƏR

Macarıstanda dövlət səhiyyəsi populyar deyil

May 02
11:37 2019
"CIG Pannonia Life Insurance” sığorta nəhəngi tərəfindən aparılmış rəy sorğusu nəticəsində məlum olub ki, macarların üçdə iki hissəsi dövlət səhiyyə müəssisələrinə deyil, özəl tibbi xidmətlərə müraciət etməyə üstünlük verir. Onlar alternativ variant kimi xaricdə müalicə olunmaq variantını da nəzərdən keçirir, lakin istənilən halda öz ölkəsinin dövlət klinikalarında tibbi xidmətlərin keyfiyyətindən əsla razı qalmırlar.

AZƏRTAC xəbər verir ki, Macarıstan sakinlərinin əksəriyyəti dövlət səhiyyəsi barədə çox mənfi fikirdədir. Rəyi soruşulanların təqribən yarısı bildirib ki, təxirəsalınmaz vəziyyət yaranacağı halda müalicə haqqını ödəmək üçün tələb olunan vəsaiti yoxdur. Gənc nəsil getdikcə daha çox hallarda özəl klinikalara və ya xaricdə müalicə olunmağa üstünlük verir.

Sorğu iştirakçılarının təqribən yarısı müalicə həkimini ailə üzvlərinin və ya dostlarının məsləhətləri əsasında seçir, təqribən 20 faizi isə təqdim olunan tibbi xidmətlərin məsafəcə yaxın olmasına üstünlük verir. Respondentlərin 15 faizi bildirib ki, əgər onlar xəstəxanada qalmaq tələb olunan xəstəliyə tutularsa, bu halda başqa ölkədə müalicə axtaracaqlar.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook