SON XƏBƏR

Macarıstanla Ukrayna müharibə astanasında - Qarşılıqlı təhdidlər artır

May 18
10:18 2023
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukrayna Rusiya neftinin ölkəyə tədarük edildiyi "Dostluq” kəmərini partlatmaq niyyətinə görə Macarıstanın suverenliyini təhdid edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Siyarto çərşənbə günü Macarıstanın Avstriyadakı səfirliyində çıxışı zamanı bildirib.

Macarıstan diplomatiyasının rəhbərinin sözlərinə görə, Ukrayna "Macarıstanla getdikcə daha çox düşmənçilik edir” ona görə ki, sentyabrın 1-dən "Zakarpatyedə macar məktəbləri işləyə bilməyəcək” və Ukrayna Macarıstanın OTP bankını terrorizmin beynəlxalq sponsorları siyahısına daxil edib. 

Bundan əlavə, Siyarto Ukrayna prezidenti Volodimir Zelenskinin Macarıstanı neftlə təmin edən "Drujba” neft kəmərini partlatmaq istəyi barədə "The Washington Post” nəşrinin məqaləsinə istinad edib.

Macarıstanın hökumətyönlü "Origo” nəşrində çərşənbə günü səhər dərc olunan məqalə diqqəti cəlb edib. Orada iddia edilir ki, "Dostluğ”un partladılmasına Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən razılıq verilib. 

"Belə təhlükə Macarıstanın suverenliyinə ziddir, belə ki, enerji təchizatının təhlükəsizliyi suverenlik məsələsidir. Əgər kimsə Macarıstanı enerji ilə təmin etməyin mümkünsüzlüyünə çağırırsa, o, əslində Macarıstanın suverenliyinə zərbə vurmuş olur", - Siyarto bildirib. 

O, həmçinin OTP Bank-ı terrorizmin beynəlxalq sponsoru statusunu ləğv edənə qədər Ukraynaya Avropa İttifaqı səviyyəsində istənilən hərbi yardımın qarşısını alacağını vəd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook