“Mahan Air” aviaşirkəti Tehran-Bakı-Tehran aviareyslərinə start verir
Oktyabr 07
10:37
2016
İranın Mahan Air aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.
Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri Airbus A310 layneri ilə yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və ATA Airlines aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.