SON XƏBƏR

Mahathir Mohamad Malayziyanın baş naziri kimi and içib

May 11
11:52 2018
Malayziya müxalifət alyansının lideri Mahathir Mohamad ölkənin yeni baş naziri kimi and içib.

AZƏRTAC xəbər verir ki, bununla 92 yaşlı Mahathir Mohamad dünyanın ən yaşlı liderlərindən biri olub.

Kuala Lumpurda təşkil olunan mərasimdə Malayziya kralı Mahathir Mohamadın andını qəbul edib. Xatrıladaq ki, o, əvvəllər də 20 il müddətində ölkənin baş naziri vəzifəsində çalışıb.

Ölkə parlamentinə mayın 9-da keçirilmiş seçkilərdə müxalifət alyansı Nacib Razakın rəhbərlik etdiyi hakim koalisiyanı məğlub edib. Seçkilərdən sonra təşkil edilən mətbuat konfransında Nacib Razak məğlub olduğunu etiraf edib. Bildirib ki, o xalqın seçiminə hörmətlə yanaşır, hakimiyyətin rahat yolla ötürülməsi üçün yeni rəhbərliyə köməyini əsirgəməyəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook