SON XƏBƏR

Mahir Abbaszadənin "unikal fəndi": Deputat şirkətinin adını niyə dəyişib? (FOTO)

Noyabr 01
11:50 2022
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə iki il əvvəl "Qaçqınkom”un 15 milyonluq sifarişini öz şirkətinə – "AZ.İNŞAAT-M.V.” MMC-yə vermişdi. Şirkət Gürcüstanda da qeydiyyatdan keçib.

Lakin məsələ faş olanda deputat susdu, ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi. 

Qlobal.az jurnalist Cavanşir Həsənliyə istinadla bildirir ki, indi şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. "MERCURY CONSTRUCTİON” MMC-nin qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur. Bu nömrə "AZ.İNŞAAT-M.V.” MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. "Qaçqınkom” indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib.

Birinci sifarişin məbləği 9 milyon manata yaxındır.
 
Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdur.
 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook