Mahir Məmmədova FIDE-dəki vəzifəsində qalmaq təklif ediləcək
May 13
00:29
2022
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov daha 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti ola bilər. "Report"un məlumatına görə, bu barədə FIDE-nin prezidenti Arkadi Dvorkoviç TASS-a açıqlama verib.
Yenidən namizədlərini irəli sürən rusiyalı funksioner bildirib ki, qurumun rəhbəri seçiləcəyi halda Məmmədova hazırkı vəzifəsində qalmağı təklif edəcək.
Dvorkoviçin komandasında AŞF prezidenti ilə yanaşı, 15-ci dünya çempionu hindistanlı Vişvanatan Anand, 9-cu dünya çempionu çinli Çju Çen, həmçinin norveçli Yoran Eulin-Yansson da yer alıb.
Qeyd edək ki, FIDE prezidentliyinə seçkilər 7-8 avqustda Hindistanın Çennai şəhərində keçiriləcək. Seçkilərdə iştirak üçün ərizələr iyunun 7-dən gec olmayaraq təqdim edilməlidir.