SON XƏBƏR

Makedoniya Milli Məclisi təsdiqlədi: Konstitusiya və ölkə adı dəyişir

Yanvar 12
01:12 2019
Makedoniyalı parlament nümayəndələri ölkə Konstitusiyasına dəyişikliklərin edilməsini təsdiq edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, dəyişikliklərdən sonra ölkənin adı "Makedoniya Respublikası”ndan "Şimali Makedoniya Respublikası”na çevriləcək.

Düzəlişləri məclisin üçdə ikisi dəstəkləyib.

Qeyd edək ki, Yunanıstan hakimiyyəti ötən ilin iyunun 17-də Makidoniyanın adı ətrafında yaranan problemi aradan qaldırmaq üçün Makedoniya Respublikası ilə saziş imzalayıb.

Sözügedən saziş hər iki ölkə üçün NATO və Avropa İttifaqına qoşulmaq üçün yeni yollar açacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook